"Zirə" PFK yeni futbolçu ilə müqavilə bağlayıb.
 
Matc.az xəbər verir ki, paytaxt klubu Lazar Corceviçlə anlaşıb. 
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı serbiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 
 
Qeyd edək ki, Lazar Corceviç daha əvvəl ölkəsinin "Palilulaç", "Voyvodina", "Radinçki", Şimali Makedoniyanın "Sileks", Slovakiyanın "Koşitse", "Jeleziarne Podbrezova" və çexiyanın "Karvina" klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest