İtaliya A seriyasında 2017/18 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, İtaliya Futbolçular Assosiasiyasının keçirdiyi sorğuda "İnter"in hücumçusu Mauro İkardi qalib gəlib.

Milan təmsilçisinin kapitanı mövsümün oyunçusu adına yiyələnib. 34 oyunda 29 qol vuran argentinalı həm də "Latsio"lu çiro İmmobile ilə birlikdə mövsümün şərikli bombardiri olub.

A seriyasının ən yaxşı məşqçisi adına "Yuventus"un çalışdırıcısı Massimiliano Alleqri layiq görülüb.

Həmçinin mövsümün rəmzi komandası açıqlanıb: Alison Beker (Roma), Joau Kanselu (İnter), Kalidu Kulubali (Napoli), Corco Kyellini, Aleks Sandro, Miralem Pyaniç (hamısı "Yuventus"), Sergey Milinkoviç-Saviç (Latsio), Raca Naynqolan (Roma), Paulo Dibala (Yuventus), Mauro İkardi (İnter), çiro İmmobile (Latsio).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest