"Neftçi"nin sabiq futbolçusu Uqo Barqas Argentinanın "San Luka" klubuna transfer olunub.
 
Matc.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Barqas 2017/2018 mövsümündə çıxış etdiyi "Neftçi"də 26 oyun keçirib və 5 qol vurub. Onun son klubu isə Salvador təmsilçisi FAS olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest