"Tottenhem"in sabiq baş məşqçisi Mauritsio Poçettino İtaliyada çalışa bilər. Matc.az xəbər verir ki, argentinalı mütəxəssisin "İnter" klubunun başına keçəcəyi iddia edilir.

Məlumata görə, hazırkı baş məşqçi Antonio Konte ilə rəhbərlik arasında fikir ayrılığı var. Bu səbəbdən də onunla yolların ayrılması gözlənilir. İtaliyalı çalışdırıcının yerinə əsas namizədin Poçettino olduğu bildirilir.

48 yaşlı mütəxəssisin komandaya baş məşqçi təyin edilməsini klubun vitse-prezidenti Xavier Zanetti və idman direktoru Piero Ausillio da dəstəkləyir.

Qeyd edək ki, ötən mövsüm London təmsilçisindən ayrılan Poçettino hələ də işsizdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest