"İnter"in müdafiəçisi Milan Şkrinyar yayda klubunu dəyişə bilər. Matc.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, slovakiyalı futbolçu baş məşqçi Antonio Kontenin planlarına daxil deyil.

Məlumata görə, 25 yaşlı oyunçu ilə "Mançester Siti" maraqlanır. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola müdafiəçinin alınmasını tələb edib. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı vurğulanıb.

Xatırladaq ki, Şkrinyar 2017-ci ildə 30 milyon avro qarşılığında "Sampdoriya"dan "İnter"ə keçib.

Müdafiəçi cari mövsüm A Seriyasında 27 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest