Futbol üzrə UEFA Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün qalan oyunları bu həftə bərpa olunacaq

Futbol üzrə UEFA çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün qalan oyunları bu həftə bərpa olunacaq.
 
Matc.az xəbər verir ki, keçiriləcək qarşılaşmalar bir dəqiqəlik sükutla başlayacaq.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bu ilin əvvəlindən etibarən bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasının qurbanlarının bir dəqiqəlik sükutla yad ediləcəyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Avroliqa avqustun 5-də, çL isə ayın 7-də bərpa olunacaq. Bütün qarşılaşmalar pandemiya ilə əlaqədar azarkeşsiz keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest