"Ayaks"ın müdafiəçisi Matteys de Liqt və Frenki de Yonq klubu dəyişmək niyyətindədilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçular bununla bağlı rəhbərliyə müraciət edib.

Avropanın bir neçə nəhəng klubunun maraq dairəsində olan ulduz oyunçular eyni kluba keçməyi arzulayırlar. Xüsusən də, "Barselona"da oynamaq onlara cəlbedici gəlir. Kataloniya klubu adıçəkilən futbolçuların keçidi üçün "Ayaks"a ümumilikdə 140-180 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, Matteys de Liqt və Frenki de Yonqla "Real", "Mançester Siti" və PSJ də yaxından maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest