"Komandadan getmək şansım var idi. Ancaq götür-qoy edib burada qalmağa qərar verdim. Rəhbərliklə danışdıq və bir il də "Qəbələ"də olacam"

"Hazırlığımız davam edir. Artıq iki yoxlama oyunu keçirmişik. Hər keçən gün daha yaxşı olmağa  çalışırıq. Bilirsiniz ki, bütün komandalar Qəbələdədir. Hazırlaşmaq, yoxlama oyunları keçirmək problem deyil".

Bu sözləri matc.az saytına "Qəbələ"nin yarımmüdafiəçisi Qismət Alıyev deyib. 23 yaşlı futbolçu komandanın yeni mövsümdəki hədəflərindən də söz açıb: "Qəbələ"nin hədəfi həmişə yüksək olub. Biz heç vaxt liqada qalmaq üçün oynamamışıq. Növbəti mövsüm də hədəflərimiz davam edəcək. Avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparacağıq. özümüzü heç bir komandadan zəif hesab etmirik. Əsas hazırlıqdı, baş məşqçinin dediklərini etməkdir. Bütün gücümüzlə çempionata hazırlaşırıq".

Yarımmüdafiəçi özünə bir neçə klubdan təklif olduğunu da vurğulayıb. Alıyev adının "Neftçi" ilə hallanmasına da münasibət bildirib: "Komandadan getmək şansım var idi. Ancaq götür-qoy edib burada qalmağa qərar verdim. Rəhbərliklə danışdıq və bir il də "Qəbələ"də olacam. Komanda üçün yenə əlimdən gələni etməyə çalışacam. "Neftçi"yə keçməyimə gəlincə, bəli, elə bir söhbət var idi. Məni istəyirdilər. Ancaq klubumun cavabını gözləyirdim, yekunda burada qalmağı üstün tutdum".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest