"Barselona"nın yarımmüdafiəçisi Rafinya Alkantara əməliyyat olunub. Matç.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, 25 yaşlı futbolçu sol diz çarpaz bağlarından əməliyyat edilib. Noyabrın 24-də "Atletiko" ilə qarşılaşmada zədələnən braziliyalının 6 aydan sonra komandaya qoşulacağı açıqlanıb.

Qeyd edək ki, Rafinya 2015-ci ilin sentyabrında sağ diz çarpaz bağlarından əməliyyat olunmuş və 202 gün yaşıl meydanlardan uzaq qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest