AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığı danışıqlar başa çatıb.
 
Məlumata görə, artıq qarşı tərəflə razılıq əldə olunub.
 
Belə ki, Operativ Qərargah Premyer Liqa klublarının avqustun 5-6-dan sonra Bakıda hazırlıq keçməsinə, o cümlədən, avrokuboklardakı təmsilçilərimizin rəqiblərini paytaxtda qəbul etməsinə razılıq verib.
 
Bu icazə eyni zamanda Premyer Liqanın yeni mövsümünün avqustun sonunda start götürməsinə də aiddir. Rəsmi qərarın ən yaxın tarixdə açıqlanması gözlənilir. (sportinfo)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest