Yeni mövsümə hazırlıqlarını Qəbələdə davam etdirən klublarımız yoxlama görşülərini davam etdirirlər. Matc.az xəbər verir ki, bu gün şimal bölgəsində daha iki oyun keçirilib.
 
Günün ilk qarşılaşması "Qəbələ" ilə "Sumqayıt" arasında olub. "Kimyaçılar" bundan əvvəlki sınaq oyunlarında "Neftçi"yə 0:3, "Sabah"a 0:1 hesabı ilə uduzub. "Qırmızı-qaralar" isə "Zirə" ilə qosluz heç-heçə edib, "Səbail"ə 1:2 məğlub olub. Bu oyunda isə sumqayıtlılar ardıcıl üçüncü məğlubiyyətlərinə üzülüblər.
 
Günün digər görüşü isə "Qarabağ"la "Keşlə" arasında baş tutub. Ağdam təmsilçisi daha öncə Qəbələdiki hazırlıq oyunlarında "Keşlə"ni 3:1, "Neftçi"ni 1:0 hesabı ilə məğlub etsə də, "Sabah"a uduzmuşdu - 1:2.
 
"Qırmızılar" isə 3 yoxlama görüşündə yalnız "Qarabağ"a məğlub olub (1:3). Digər iki oyunda "Zirə"yə 1:0, "Səbail"i isə 2:0 hesabı ilə qalib gəlib. Ağdam klubu bu dəfə də paytaxt klubundan üstün olub.
 
5 avqust
 
"Qəbələ" - "Sumqayıt" 2:1
Qollar: Murad Musayev, 19, ülvi İsgəndərov, 55 - Elvin Bədəlov, 60.

"Qarabağ" - "Keşlə" 4:0
Qollar: Abdullah Zubir, 30. Kevin Medina, 70. Mahir Emreli, 76. Ovusu Kvabena, 89.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest