"Qalatasaray"dan ayrılan braziliyalı müdafiəçi Marianonun yeni klubunun adına rəsmən aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsinin "Atletiko Mineyro" klubu ilə müqavilə bağlayıb.
 
Tərəflər arasındakı müqavilənin müddəti 2022-ci ilin dekabrına qədərdi. Mariano yeni komandasında 25 nömrəli formanı geyinəcək.
 
2017-ci ilin yayından "Qalatasaray"da forma geyinən Mariano bu yay müddəti bitən müqaviləsini yeniləməmişdi. O, İstanbul təmsilçisində 105 matçda 2 qol vurub. Təcrübəli futbolçu bu müddətdə iki dəfə Türkiyə çempionu olub, bir dəfə kubok və superkubok sevinci yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest