Arda ilə imzalanan müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.

"Qalatasaray" sabiq futbolçusu Arda Turanı heyətinə qaytarıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
 
Arda ilə imzalanan müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.
 
Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Arda 2004-2011-ci illərdə İstanbul təmsilçisində oynayıb.
 
Xatırladaq ki, 33 yaşlı yarımmüdafiəçi 2018/19 mövsümü və 2019/20 mövsümünün ilk yarısını icarə əsasında "Başakşəhər"də keçirib. Onun "Barselona" ilə müqaviləsi isə bu yay başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest