"Beşiktaş" daha bir futbolçusu ilə vidalaşıb.
 
Matc.az xəbər verir ki, Gökhan Gönül İstanbul klubundan getməyə qərar verib.
 
Bu barədə sözügedən oyunçu sosial şəbəkə hesabında məlumat yayıb. O, 2016-cı ildən uğurları üçün çalışdığı kollektivlə vidalaşıb.
 
35 yaşlı futbolçu bu illər ərzində "Beşiktaş"la bir dəfə Türkiyə çempionu olub.
 
Xatırladaq ki, "Beşiktaş" daha öncə Kevin-Prins Boatenq və Burak Yılmazla yollarını ayırdığını rəsmən açıqlamışdı. Caner Erkinin də "qara qartallar"la vidalaşmağa hazırlaşdığı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest