"Fənərbaxça" növbəti transferini həyata keçirib.
 
Matc.az xəbər verir ki, İstanbul klubu sabiq müdafiəçisi Gökhan Gönülü transfer edib.
 
Bu barədə "Fənərbaxça"nın rəsmi saytı məlumat yayıb. "Beşiktaş"la yollarını ayıran 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. 
 
Xatırladaq ki, Gökhan Gönül 2016-cı ildə məhz "Fənərbaxça"dan "Beşiktaş"a getmişdi. Daha öncə "Hacettepe" forması geyinmiş sağ cinah müdafiəçisi, 2007-2016-cı illər aralığında "Fənərbaxça"nın uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest