"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi Braziliyanın "San Paulu" komandasının hücumçusu Qustavo Mayanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
 
Kataloniyalıların 4,5 milyon avro qarşılığında heyətinə qatdığı gənc forvard hələlik B komandasında çıxış edəcək. La Liqa təmsilçisinin yeni transferinə 300 milyon avro təzminat qiyməti qoyacağı iddia olunur.
 
Qeyd edək ki, Qustavo Maya Braziliyanın U-16 və U-17 yığmalarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest