İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Lion "Olimpik"indən müdafiəçi Pyer Kalulunu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə 2025-ci ilin iyulunadək nəzərdə tutulan müqavilə imzalanıb.
 
Kalulu "Olimpik"in öz yetirməsidi. Fransalı futbolçu müdafiənin sağ cinahında oynayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest