"WhoScored" statistika portalı Avropada 2019/20-ci il mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.
 
Matc.az xəbər verir ki, bu, "Barselona"nın hücumçusu Lionel Messidir.
 
Argentinalı futbolçunun çıxışı orta hesabla 8,71 balla qiymətləndirilib. O, bu göstəricidə PSJ-nin futbolçusu Kilian Mbappeni (8,14) və "Bavariya"nın hücumçusu Robert Levandovskini (8,13) qabaqlayıb.
 
Bununla da, Messi son 11 ildə 9-cu dəfə portal tərəfindən ən yaxşı futbolçu ünvanını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest