İngiltərənin "çelsi" klubunun futbolçusu Nqolo Kante zədəsini sağaldıb.
 
Matc.az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Frenk Lempard məlumat verib.
 
Kante UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək "Bavariya" ilə oyunda iştirak edə biləcək.
 
Komandanın digər zədəliləri - Kristian Pulişiç, Pedro, Sesar Aspilikueta və Villian isə almanlarla oyunu buraxacaq. Pulişiçin 6, Aspilikuetanın isə 3 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir. Zədəsini sağaldan Villian isə bu oyun üçün hazır deyil.
 
"Bavariya" – "çelsi" oyunu bu gün, saat 23:00-da start götürəcək. İlk oyunda Münhen klubu 3:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest