Turun digər ikimatçında isə ədaləti Əliyar Ağayevlə Orxan Məmmədov qoruyacaq. Onlar müvafiq olaraq "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Sabah" qarşılaşmalarında fit çalacaq.

Topaz Premyer Liqasında VII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Matç.az saytı xəbər verir ki, I dövrənin son turu Rauf Cabbarovun start fiti ilə başlayacaq.

O, "Dalğa Arena"da keçiriləcək "Zirə" – "Qəbələ" görüşünü idarə edəcək. Turun digər ikimatçında isə ədaləti Əliyar Ağayevlə Orxan Məmmədov qoruyacaq. Onlar müvafiq olaraq "Səbail" – "Sumqayıt" və "Neftçi" – "Sabah" qarşılaşmalarında fit çalacaq.

 

05 oktyabr (cümə)

18:00. "Zirə" – "Qəbələ"

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Səbuhi Bayramov

Hakim-inspektor: Xaqani Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

"Dalğa Arena"

 

19:00. "Səbail" – "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Vüqar Həsənli

Hakim-inspektor: Əhmədağa Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

"Bayıl Arena"

 

20:15. "Neftçi" – "Sabah"

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Akif Əmirəli, Nail Nağıyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

"Bakcell Arena"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest