UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə "Mançester Siti"yə 1:2 hesabı ilə məğlub olan "Real"ın futbolçusu Rafael Varan açıqlama verib.
 
Matc.az xəbər verir ki, "kral klubu"nun buraxdığı hər iki qolda böyük səhvi olan Varan, məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb:
 
"çıxıb danışmaq istədim, çünki bu məğlubiyyət mənim səhvimdir və bunu qəbul etməliyəm. Komanda yoldaşlarımın göstərdiyi səyə görə təəssüflənirəm. Məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm. Belə xətalar baha başa gəlir və bu səhvlərin açıqlaması yoxdur. Mənim üçün çox çətin gecə oldu. Hər kəs məyus olduğumu bilir və bunun öhdəsindən gəlməliyəm. Daha güclü və yaxşı şəkildə qayıtmaq üçün xarakter göstərməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest