Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, "Nyu Mexiko"nu qəbul edən klub 5:2 hesabı ilə qalib gəlib.
 
Rüfət oyuna start heyətində başlayıb və 69-cu dəqiqəyədək meydanda olub. 22-ci dəqiqədə fərqlənən Dadaşov, komandasının ikinci qolunu vurub.
 
13 xal toplayan "Finiks Rayzinq" B  qrupunun birincisidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest