Argentinanın "Boka Xuniors" klubu futbolçusu Karlos Tevesin müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
36 yaşlı hücumçuyla yeni – bir illik müqavilə imzalanıb. Teves 2018-ci ilin yanvarından "Boka Xuniors"da çıxış edir.
 
Karyerası ərzində "Mançester Yunayted", "Yuventus", "Vest Hem" kimi klubların formasını geyinən Teves, 76 dəfə də Argentina millisinin şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest