Futbol üzrə Şimali Makedoniya çempionatında ötən gün 2020/21 mövsümünə start verilib.
 
Matc.az xəbər verir ki, ilk turda "Şkupi" evdə "Şkendiya" ilə qarşılaşıb.
 
Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2. Meydan sahiblərinin hər iki qolunu qambiyalı vinger Dembo Darboe vurub. Qonaqlardan isə Lyupço Doryev və Valon Əhmədi fərqləniblər.
 
"Şkupi" Avropa Liqasında "Neftçi" ilə, "Şkendiya" isə "Sumqayıt"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest