Qış transfer dönəmi yaxınlaşdığından, dünya nəhəngləri transfer çalışmalarına start veriblər. Matç.az saytının məlumatına görə, əksər klublar indidən mövsümün sonu üçün hazırlıqlar aparır.

Dövrələrarası fasilədə güclü transfer həyata keçirmək çox çətindi. Ancaq yay fasiləsi bunun üçün daha əlverişlidi. Bir çox klubda isə ulduz futbolçuların müqavilə müddətinin mövsümün sonuna qədər olması digərlərini həvəsləndirir. çünki həmin ulduzları yayda havayı heyətə cəlb etmək mümkündü.

"Bosman qanunu"na görə, müqavilə müddətinin sonuna 6 ay qalmış istənilən futbolçu başqa klubla ilkin müqavilə bağlaya bilər. Bu isə o deməkdi ki, 2019-cu ilin iyununa qədər müqaviləsi olan oyunçular yanvarda sərbəst şəkildə transfer danışığı apara və anlaşdığı komandaya yayda pulsuz keçə bilər.

Bu baxımdan nəhənglərin gözü, xüsusən də, "Mançester Yunayted"dədi. çünki "qırmızı şeytanlar"ın düz 8 üzvü yayda pulsuz-parasız başqa klubun yolunu tuta bilər. Onlar arasında Antonio Valensiya, Entoni Marsial və David de Xea kimi aparıcı simalar da var. "çelsi"də David Luiz, Sesk Fabreqas, "Tottenhem"də Yan Vertongen, Tobi Alderveyreld, "Liverpul"da Ceyms Milner, "Atletiko"da Filipe Luis, Dieqo Qodin, PSJ-də Adrien Rabio, "Bavariya"da isə Aryen Robben və Frank Riberi xüsusi diqqət çəkən adlardı.

ümumiyyətlə, "böyük beşlik" ölkələrinə nəzər yetirdikdə, 30-dan çox məşhur futbolçunun sözləşmə müddətinin mövsümün sonuna qədər olduğu görünür.

Müqavilə müddəti yayda bitəcək ulduz futbolçular: Kris Smollinq, Antonio Valensiya, Fill Cons, Ander Errera, Xuan Mata, Eşli Yanq, Antoni Marsial, David de Xea (hamısı "Mançester Yunayted"), David Luiz, Sesk Fabreqas, Qari Keyhill, Olivye Jiru (hamısı "çelsi"), Yan Vertongen, Musa Dembele, Tobi Alderveyreld (hamısı "Tottenhem"), Naço Monreal, Aron Remsi, Deni Uelbek (hamısı "Arsenal"), Elakim Manqala, Vensan Kompani (hər ikisi "Mançester Siti"), Deklan Rays, Endi Kerroll (hər ikisi "Vest Hem"), Daniel Starric, Ceyms Milner (hər ikisi "Liverpul"), Vilfred Boni ("Suonsi"), Munir El-Haddadi ("Barselona"), Filipe Luis, Dieqo Qodin (hər ikisi "Atletiko"), Alfonse Areola, Adrien Rabio (hər ikisi PSJ), Aryen Robben, Frank Riberi (hər ikisi "Bavariya"), Rafael ("Lion"), Mario Balotelli ("Nitsa").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest