"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Rizəspor"dan ayrılan Oğulcan çağlayanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
Oğulcan ötən mövsüm "Rizəspor"un heyətində 24 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
 
"Qalatasaray" bu yayın ilk transferi ilə müqavilənin detallarını da açıqlayıb. çağlayan 2020/21 mövsümündə 3 milyon 750 min, 2021/22 mövsümündə 4 milyon 250 min, 2022/23 mövsümündə 4 milyon 750 min, 2023/24 mövsümündə isə 5 milyon 250 min TL məvacib alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest