"Mançester Siti"nin futbolçusu Serxio Aquero çempionlar Liqasının qalan oyunlarında komandasına kömək edə bilməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə argentinalı hücumçu "The Guardian" nəşrinə açıqlamasında deyib.
 
Aquero, zədə səbəbindən çL-in qalan oyunlarında komandasına kömək edə bilməyəcəyini bildirib. O, iyun ayında dizindən əməliyyat olunmuşdu.
 
"Mançester Siti" çempionlar Liqasında 1/4 finala yüksəlib və "şəhərlilər" bu mərhələdə Lion "Olimpik"i ilə qarşılaşacaq. "Mançester Siti" – "Olimpik" matçı avqustun 15-də, Portuqaliyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest