İngiltərənin "Lester Siti" klubu futbolçusu Endi Kinqlə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə "tülkülər"in mətbuat xidməti məlumat yayıb.
 
Uelsli yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.
 
2004-cü ildən "Lester Siti"də forma geyinən Kinq, Premyer Liqa təmsilçisi ilə 370-dən çox rəsmi oyunda iştirak edib.
 
31 yaşlı yarımmüdafiəçi Uels millisiylə 50 oyuna çıxıb və 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest