"Tottenhem" heyətinə yeni futbolçu cəlb edib.
 
Matc.az xəbər verir ki, London təmsilçisi "Sauthempton"dan Pyer-Emil Hoybyerqi transfer edib.
 
Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atıb.
 
2016-cı ildən "Sauthempton"da forma geyinən Hoybyerq Danimarka millisinin də üzvüdür. O, geridə qalan mövsümdə bütün turnirlər çərçivəsində 38 oyuna çıxıb. 
 
"Tottenhem"in bu transfer üçün 15 milyon funt-sterlinqindən keçdiyi bildirilir.
 
"Sauthempton" da "Tottenhem"in müdafiəçisi Kayl Uolker-Petersi transfer edib. Sözügedən klub 23 yaşlı oyunçunu bu ilin yanvarında icarəyə götürmüşdü. Hoybyerq transferinin tərkib hissəsinə çevrilən Kayl "Sauthempton"la 5 illik müqaviləyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest