Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, bu mərhələnin matçları Portuqaliyada keçirilir və azarkeşsiz oynanılır. Qarşılaşmalar bir oyundan ibarətdi.
 
İlk oyun günündə bir qarşılaşma baş tutub. İtaliyanın "Atalanta" klubu Fransa PSJ-si ilə üz-üzə gəlib. Matçın əvvəlində hesabı açan İtaliya klubu son dəqiqələrə qədər hesabda üstün olsa da, Paris təmsilçisi dörd dəqiqə ərzində vurduğu iki ardıcıl qol sayəsində əzmkar qələbə qazanıb. Beləcə, ilk yarımfinalçı PSJ olub.
 
UEFA çempionlar Liqası
1/4 final
12 avqust
 
Atalanta (İtaliya) – PSJ (Fransa) 1:2
Qol: Paşaliç, 27 – Markinyos, 90. çupo-Motinq, 90+3.
 
13 avqust
 
23:00. Leyptsiq (Almaniya) – Atletiko (İspaniya)
 
14 avqust
 
23:00. Barselona (İspaniya) – Bavariya (Almaniya)
 
15 avqust
 
23:00. Mançester Siti (İngiltərə) – Olimpik (Lion, Fransa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest