Polşa kubokunun 1/8 final mərhələsində "Leqnitsa"ya məğlub olan (0:1) "Şlensk" mübarizəni dayandırıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Şlensk"in baş məşqçisi Tadeuş Pavlovski rəqibləri qorxaq futbol oynamaqda günahlandırıb.

O, bu gedişlə gələcəkdə avrokuboklarda Azərbaycan klublarına yeniləcəklərini də söyləyib: "Bu, film kimi təkrarlanan növbəti oyunumuz idi. üstünlük bizdədi, durmadan qol axtarışında oluruq, rəqib bir imkan əldə edir və hesabda önə keçir. Yenidən üstünlük qururuq, ancaq mövqelər üzrə hücum etmək artıq çətinləşir. Polşanın bütün komandaları ağır futbol oynayır. Gördüyünüz kimi, digər komandalara qarşı oynayanlar xal toplayır, irəliləyir. Bizim oyun fəlsəfəmiz tam fərqlidi. Ancaq qol vurmaq üçün hətta bunu da dəyişməlisiniz. Polşada yalnız müdafiəyə oturan komandalara qarşı oynasaq, tezliklə Qazaxıstan və Azərbaycan kimi ölkələrin klublarına məğlub olacağıq. Fikrimcə, belə olmamalıdı".

Qeyd edək ki, "Şlensk" Polşa yüksək liqasında 17 turdan sonra 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest