"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır. Matc.az xəbər verir ki, təcrübəli qolkiperin xidmətində "Fənərbaxça" maraqlıdır.

Məlumata görə, müqavilə ilə "Bornmut"a məxsus olan oyunçu İstanbul təmsilçisi ilə anlaşıb. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilir.

Qeyd edək ki, Asmir Beqoviç 2019/20 mövsümünün ilk dövrəsini icarə əsasında "Qarabağ"da keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest