"Klubla bir illik müqaviləm var. "Neftçi" ilə təmas olanda da burada çıxış edirdim".

"Neftçi" ilə bir vaxtlar təmas olmuşdu. Ancaq indi elə söhbət yoxdur".

Bu sözləri matc.az saytına "Səbail"in müdafiəçisi Urfan Abbasov deyib. 27 yaşlı futbolçu mövsümü "dənizçilər"də keçirəcəyini bildirib: "Klubla bir illik müqaviləm var. "Neftçi" ilə təmas olanda da burada çıxış edirdim. Ancaq bu, təzə söhbət deyil. Hazırda mövsümə hazırlaşırıq. Mümkün qədər yaxşı nəticələr qazanmaq istəyirik. Bunu bacara bilərik, çünki çempionatda komandaların əksəriyyəti eyni səviyyədədir".

Abbasov "Səbail"dəki problemlərdən də söz açıb. O, ötən mövsüm yaranan çətinliyin bu il də davam etdiyini bildirib: "Klubda maliyyə problemi var. Ancaq bunlar düzələn şeylərdir. Hər komandada belə vəziyyətlər olur".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest