Azərbaycanın daha iki idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) matc.az saytına verilən məlumata görə, Könül Əliyeva diskvalifikasiya olunub. 
 
Cüdoçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində diuretiklər və gizlədici maddələr/ furosemid maddəsi tapılıb. O, bu səbəbdən 12 ay cəzalandırılıb. İdmançının diskvalifikasiya müddəti 2020-ci il fevralın 19-dan hesablanmağa başlanılıb. 
 
Əliyeva ilə yanaşı, Azərbaycan taekvondoçusu Ramin Əzizov da 24 aylıq diskvalifikasiyaya məruz qalıb. Buna səbəb idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması olub.
 
Xatırladaq ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 
 
Qeyd edək ki, AMADA daha öncə 56 idmançımıza cəza tətbiq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest