Zlatan İbrahimoviçin "Milan"a keçidi baş tutmaya bilər. Matç.az saytının məlumatına görə, "Los Anceles Qalaksi"nin hücumçusu yenidən Avropada çıxış etməkdə maraqlı olsa da, böyük ehtimalla bu arzusu baş tutmayacaq.

Belə ki, isveçli futbolçunun ailəsi Amerikada yaşamaqdan məmnundur və "köhnə qitə"yə dönmək istəmir.

Qeyd edək ki, daha əvvəl "Milan"ın İbrahimoviçi icarəyə götürəcəyi haqqında məlumatlar yayılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest