Bu gün UEFA çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Matc.az xəbər verir ki, "Barselona" "Bavariya" ilə üz-üzə gəlib.

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş" stadionunda baş tutan qarşılaşmanı Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edib.

10 qolun qeydə alındığı matçda "Barselona" biabırçı hesabla məğlub olub. Nəticədə "Bavariya" yarımfinala yüksəlibsə, Kataloniya təmsilçisi turnirlə vidalaşıb.

Qeyd edək ki, cütün qalibi yarımfinalda "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) duelinin güclüsü ilə qarşılaşacaq.

çempionlar Liqası
1/4 final

13 avqust

"Barselona" (İspaniya) – "Bavariya" (Almaniya) 2:8

Qollar: Alaba, 7-öz qapısına. L.Suares, 57 – Müller, 4; 31. Perişiç, 22. Qnabri, 28. Kimmix, 63. Levandovski, 82. Koutinyo, 85; 89. 
Baş hakim: Damir Skomina                                    
Portuqaliya, Lissabon. "Eştadiu da Luş" stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest