"Qalatasaray"ın iki futbolçusu koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Bildirilir ki, test cavabı pozitiv olan iki oyunçunun müalicəsinə başlanılıb. Adı açıqlanmayan futbolçuların xəstəxanalıq durumlarının olmadığı vurğulanıb.

Qeyd edək ki, "Fənərbaxça" klubu da dünən iki üzvünün infeksiyaya yoluxduğunu açılayıb.         

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest