Futbol üzrə Şimali Makedoniya çempionatında 2-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, "Qarabağ"ın UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sileks" də növbəti matçına çıxıb.
 
Kratovo təmsilçisi doğma meydanda "Pelister"lə qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib - 2:2.
 
Bu nəticədən sonra xallarını 4-ə yüksəldən "Sileks" hələlik turnir cəvdəlinə başçılıq edir. Eyni xala malik "Pelister" isə 2-ci sırada qərarlaşıb.
 
"Qarabağ"ın rəqibi ilk turda səfərdə "Belasitsa"nın qapısından 6 cavabsız top keçirmişdi.
 
Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyununa saat 20:00-da start veriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest