"Təsnifat mərhələsinin qarşılaşmalarını yaxşı bilirəm. Çünki belə yarışın içində olmuşuq və uğur qazanmışıq"

"Komandanın vəziyyətini görmək üçün yoxlama oyununun keçirilməsi vacibdi".

Matc.az xəbər verir ki, bu sözləri Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Kunqu "Apoloniya" ilə yoxlama matçından (1:0) sonra yerli "Panorama" nəşrinə açıqlamasında deyib.

Albaniyalı mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda qarşılaşacaqları "Keşlə" ilə oyun barədə də danışıb: "Təsnifat mərhələsinin qarşılaşmalarını yaxşı bilirəm. çünki belə yarışın içində olmuşuq və uğur qazanmışıq. Mərhələ keçmək kluba gəlir gətirmək deməkdir. Buna görə də "Keşlə" ilə oyuna maksimum diqqət ayıracağıq".

Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest