Futbol üzrə çexiya kubokunda 2020/21 mövsümünə start verilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi "Viktoriya" (Jijkov) da bu turnirdə ilk matçını keçirib.
 
Sözügedən kollektiv səfərdə "Union Beroun" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb və 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.
 
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan gənclərdən ibarət Azərbaycan yığmasının üzvü komandasının qələbəsinə qolla töhfə verib. O, 18-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest