"Beşiktaş" klubla müqaviləsinin müddəti bu yay başa çatan Atiba Hatçinsonla bağlı qərar verib.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi kanadalı oyunçunu daha bir mövsüm heyətində saxlayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 37 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. 
 
2013-cü ildən "Beşiktaş"ın uğurları üçün çalışan Atiba, geridə qalan mövsümdə 30 Super Liqa matçında 6 qola, 5 məhsuldar ötürməyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest