Futbol üzrə İran çempionatında 29-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, hesabat turu Cənubi Azərbaycanın elitadakı iki təmsilçisinin dueli ilə əlamətdar olub.
 
Təbriz derbisində "Traktor" doğma meydanda "Maşinsazi" ilə üz-üzə gəlib. üç qolun qeydə alındığı matç "traktorçular"ın qələbəsiylə yekunlaşıb – 2:1.
 
Mövsümün sonuna bir tur qalmış 50 xalı olan "Traktor" 3-cü pillədə qərarlaşıbsa, "Maşinsazi" 28 xalla 14-cüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest