"Keşlə" növbəti transferini reallaşdırıb.
 
Matc.az xəbər verir ki, paytaxt klubu braziliyalı müdafiəçi Artur Batista de Souzanı heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
26 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 
 
Son iki mövsümü Ukraynanın "Vorskla" klubunda keçirən Batista, 29 oyunda 3 məhsuldar ötürməyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest