"Mançester Siti" UEFA çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Lion "Olimpik"inə 1:3 hesabı ilə məğlub olaraq, turnirdə mübarizəni dayandırıb.
 
Matc.az xəbər verir ki, bu, "şəhərlilər"in futbolçusu David Silvanın klubdakı son oyunu olub.
 
Bir müddət əvvəl Silva klubla mövsümün sonunda bitən müqaviləsini yeniləmədiyini açıqlamışdı. Fransa klubu ilə oyundakı məğlubiyyətlə Silvanın "Mançester Siti"dəki 10 illik karyerası başa çatıb. İspan futbolçu "Mançester Siti"yə 2010-cu ildə "Valensiya"dan transfer olunmuşdu.
 
34 yaşlı futbolçunun "Latsio"ya transfer olunacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest