"Mançester Yunayted" yarımmüdafiəçisi Tahit çonqu "Verder"ə icarəyə verib.
 
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
 
Niderlandlı futbolçu Bremen təmsilçisi ilə bir illik müqavilə imzalayıb. çonq yeni komandasında 22 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, 20 yaşlı vinger ötən mövsüm əsas komandada keçirdiyi 12 oyunda 2 məhsuldar ötürmə edib. Tahit çonq "Feyenoord"un yetirməsidir. O, 2016-cı ildən "Mançester Yunayted"dədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest