Bu gün futbol üzrə Avropa Liqasında növbəti yarımfinal görüşü keçirilib.
 
Matc.az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u (Donetsk) qarşılaşıb.
 
Polşalı referi Şimon Marçinyak idarə etdiyi qarşılaşmada qapılara beş qol vurulub. Rəqibini darmadağın edən "İnter" ikinci finalçı olub.
 
Qeyd edək ki, Milan təmsilçisi finalda İspaniya "Sevilya"sı ilə üz-üzə gələcək. "Sevilya" yarımfinalda İngiltərənin "Mançester Yunayted" klubunu üstələyib – 2:1.
 
Həlledici qarşılaşma avqustun 21-də Kölndə baş tutacaq.
 
Avropa Liqası
Yarımfinal
17 avqust
 
İnter – Şaxtyor 5:0
Qol: L.Martines, 19; 74. D`Ambrosio, 64. Lukaku, 78; 84.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest