İngiltərənin "Mançester Yunayted" klubu Avropa Liqasının yarımfinalında "Sevilya"ya uduzaraq (1:2), turnirlə vidalaşıb.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da, Premyer Liqa klublarının bu mövsüm avrokuboklardakı son iştirakçısı da mübarizəni dayandırıb.
 
Sonuncu dəfə 5 il əvvəl – 2014/15 mövsümündə İngiltərənin heç bir klubu avrokubokların finallarında iştirak edə bilməmişdi.
 
Həmin mövsümdə Avroliqanı "Sevilya", çempionlar Liqasını isə "Barselona" qazanmışdı.
 
İngiltərə Premyer Liqa təmsilçilərindən bu mövsüm çL-də "Liverpul", "Mançester Siti", "çelsi", "Tottenhem", AL-də isə "Arsenal", "Vulverhempton", "Mançester Yunayted" klubları iştirak edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest