"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Kayserispor"un yarımmüdafiəçisi Bernard Mensahı heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb.
 
Türkiyə mətbuatı isə "Beşiktaş"ın qanalı oyunçunu satınalma şərti ilə bir illik icarəyə götürdüyünü yazıb. İstanbul təmsilçisi onu birdəfəlik transfer etmək üçün 4.5 milyon avro ödəməlidir.
 
Mensah geridə qalan mövsümdə "Kayserispor"da 25 Super Liqa matçına çıxıb, 5 qol, 8 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest