İspaniyanın "Barselona" klubunun futbolçusu Artur Melo qəzaya düşüb. 
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin avtomobili yolun kənarına çırpılıb. 
 
Hadisə səhər 4-də baş verib. Braziliyalı oyunçunun özü xəsarət almayıb. Analiz onun normadan artıq içki qəbul etdiyini göstərib
 
Qeyd edək ki, Artur Melo artıq İtaliyanın "Yuventus" klubuna keçib və "Barselona" üçün UEFA çempionlar Liqasında oynamaqdan imtina edib. Kataloniya təmsilçisi çempionlar Liqasının 1/4 final mərhələsində Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest