Türkiyənin "Dənizlispor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi son dörd ili "Hannover"də keçirmiş alman yarımmüdafiəçi Marvin Bakalorzu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Bakalorz yeni komandasında 6 nömrəli formanı geyinəcək.
 
"Proyssen Münster" klubunun yetirməsi olan Marvin, karyerası ərzində "Borussiya" (Dortmund), "Ayntraxt" (Frankfurt) və "Paderborn"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest